(1962, Göyçay ş.). 1962 ildə Göyçay ş.-də anadan olub. 1979 ildə Göyçay ş. 3 saylı orta məktəbi bitirib.1980–86 illərdə Azərb. Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakultəsində təhsil alıb. 1987-88 illərdə Mingəçevir ş. Xəstəxanasında internatura keçərək otorinalorinqoloq ixtisasını alıb. 1988-97 illərdə Göyçay Mərkəzi Xəstəxanasında qulaq-burun-boğaz cərrahı vəzifəsində çalışıb. 1997-2005 illərdə Budan Tibb Mərkəzində LOR-cərrahı işləyib. 2005-06 illərdə Türkiyənin Ankara şəhərində, Fatih Universitetinin Tibb fakultəsində illik təcrübə keçib. 2006-08 illərdə Diaqnoz Tibb Mərkəzində çalışıb. 2007 ilin iyun-avqust və 2008 ilin avqust-sentyabr aylarında İstanbulun Sema Hastanesində təkmilləşdirmə kursları keçib. 2010 ildən bu günədək Ankara Tibb Mərkəzində LOR-cərrahı vəzifəsində çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.45