(1.11.1953, Göyçay r-nunun Yalman k.) – rəssam, sənətşünaslıq e.d. (2004), professor (2017), Əməkdar İncəsənət Xadimi (2014), Azərb. Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvü.
Orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirəndən sonra təhsilimi Azərb. Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində davam etdirib. 1983 ildə təyinatla Təhsil Nazirliyində metodist vəzifəsində çalışmağa başlayıb. Gənc mütəxəssis kimi Azərbaycanı bölgə-bölgə, kənd-kənd gəzib məsul olduğum sahədəki problemləri dərindən öyrənir. Hələ o vaxtlar məktəblərin 80 faizində ixtisaslı rəsm müəllimləri yox idi. Rəssamın bu yöndə ilk işi Azərb. Rəssamlar İttifaqının nəzdində H.Z.Tağıyev adına təsviri sənət üzrə “Uşaq Xalq Universiteti”ni yaratmaq oldu. O, bacarıqlı uşaqları tapıb ortaya çıxarır, onların məlumat bankını yaradır. Könüllü olaraq həmin uşaqlara qiyabi rəsm dərsi verməyə başlayır, onları sənətə həvəsləndirirdi. O,“Azərbaycan pioneri” qəzetində bununla bağlı rəsm studiyası açır. 1992 ildən ailəliklə İstanbula köçür. 1994 ildə Mərmərə Universitetində “Azərbaycanda rəssamlığın tədrisi tarixindən” adlı elmi iş yazıb sənətşünaslıq doktoru dərəcəsi alır. İstək Vəqfi başçısının mədəniyyət və incəsənət üzrə məsləhətçisi, 1996 ildən isə Türkiyənin ən böyük özəl təhsil qurumu olan Yedditəpə Universiteti təhsil şurasının üzvü olaraq işə başlayır. Onun Türkiyənin Dövlət Muzeylərində 155 ədəd tarixi mövzuda yağlı boya əsəri var. Türkiyə Dəniz Qüvvələri Komandanlığının sənət layihələrində iştirak edən Rafiq Əzizov komandanlığın muzeyində saxlanan tarixi əsərlərin bərpası üzərində çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.103-104