(?,Göyçay ş.-?) – tibb xidməti general-mayoru, professoru.
Göyçay ş.-də anadan olub. Peterburq Hərbi Tibb akademiyasının məzunu olan R. Ağabəyzadə Rusiyada təhsilini başa vurduqdan sonra ona tibb diplomunu şəxsən çar II Nikolay təqdim edib. Sonralar çar ailəsinin həkimlərindən biri olan Rəhimbəyin Rusiyada oktyabr inqilabından sonrakı taleyi haqqında məlumat yoxdur. R. Ağabəyzadə tibb sahəsində xidmətlərinə görə tibb xidməti general-mayoru rütbəsinə də layiq görülüb.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.35