Göyçayın qədim dövr tarixi

Azərb.-nın ən qədim tarixi ərazilərindən olan Qafqaz Albaniyası və Şirvanşahlar dövlətlərinin çoğrafi və strateji cəhətdən ən əlverişli ərazilərindən biri də Göyçaydır. Tarixi abidələrin nisbətən az aşkar edilməsi heç də bu ərazidə abidələrin az olması anlamına gəlməməlidir. Fikrimizcə, bunu Göyçay ərazisində arxeoloji qazıntıların digər ərazilərə nisbətən çox az aparılmasında, elmi mərkəzlərin obyektiv və ya subyektiv səbəblərdən bu əraziyə az diqqət ayırmasında axtarmaq daha düzgün olar.