(5.5.1947, Göyçay ş.-6.3.2014, Bakı ş.) – aviasiya mütəxəssisi, polkovnik-leytenant.
Stavropol Ali Aviasiya Məktəbini bitirib (1970). Sovet Hərbi hava qüvvələrinin Şimal Buzlu Okeanının Novaya Zemlya adalarında, Arxangelsk Amderma vilayətində xidmət edib. Hərbi qırıcı təyyarələrində qabaqcıl zabit eskadrilya şturmanı olub. 1986 ildə vətənə qayıdan Həmidov Azərb. naviqasiyasının hərbi sektorunda fəaliyyətini davam etdirib. O, Birinci Qarabağ müharibəsi zamanı Azərb. Ordusunda aviasiya üzrə nazir müavini vəzifəsində çalışıb. Müdafiə Nazirliyində şöbə rəisi işləyərkən qaynar nöqtələrə uçuşların təşkilində və Azərb. Ordusunun Hərbi Hava Qüvvələrinin yaradılmasında əvəzsiz xidməti olub. Həmidov 1998 ildən AZAL Aeronaviqasiyasında uçuşlar şöbəsinin müdir müavini vəzifəsində çalışıb. O, Hərbi Silahlı Qüvvələrdə qüsursuz 10, 15, 20 və 25 illik xidmətinə görə mükafatlandırılaraq HQ veteranı və Aviasiya veteranı fəxri adlarına layiq görülüb.
Məlumatı ailəsindən alınıb