Hacalıkənd kəndi r-n mərkəzindən 6 km c.-ş.-də, Göyçay çayının sol sahilində yerləşir. Bu kənddə vaxtilə məscid olmuşdur. Amma abidə sovet hakimiyyəti illərində dağıdılmış, sonralar isə yenidən təmir edilməmişdir. Hal-hazırda bina çox yararsız vəziyyətdədir. Bu gün bu binadan mal tövləsi kimi istifadə olunur.
Bu məscidin tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd sakini F.Üzeyirovanın atasından eşitdiyinə görə, məscidi onun ulu babası Məğribi kişi tikdirmişdir. Məscid çiy kərpicdən tikilmiş, dam örtüyü kirəmit örtüklə örtülmüşdür. Əfsuslar olsun ki, bu gün həmin məsciddən heç bir əsər-əlamət yoxdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 49