
1973 ildə Birinci Ərəbcəbirli k.-də quşçuluq ferması üçün bünövrə qazılarkən aşkara çıxarılan maddi-mədəniyyət nümunələrindən bəhs olunur. Həmin tapıntılarla əlaqədar arxeoloq A.Nuriyev Göyçaya ezam olunur. Materiallarla tanışlıqdan sonra məlum olur ki, həmin tapıntıların aşkara çıxarıldığı yerdə vaxtilə nekropol (Yunan dilindən tərcümədə “ölü şəhər” mənasını verən bu söz arxeoloji qazıntılar zamanı tapılan məzarlıqlara verilən addır) mövcud olub (İnv.1073). Həmin nekropolda aşağıdakı əşyalar tapılıb:
1.Metal məmulatlar: dəmir, tunc, mis, gümüş, qızıldan sinə bəzəkləri, bilərziklər, üzüklər, sırğalar;
2.Şüşə məmulatlar: muncuqlar və müxtəlif şüşə qablar.
Ərəbcəbirlidə tapılan məmulatların – bilərziklər, üzüklər, sırğaların əksəriyyətinin bolluq rəmzi olan ilan simvollu forma və naxışlara malik olması diqqəti cəlb edir.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı 2022, s.21-22