(1930, Göyçay–2009, Bakı ş.).
1954 ildə Azərb. Tibb institutunun Müalicə-profilaktika fakültəsini bitirib və Türkmənistan Respublikasına işləməyə göndərilib. Orada Krasnovodsk port xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb və 1956 ilədək bu vəzifədə çalışıb. 1956-63 illərdə Bakıda Roqov adına hövzə xəstəxanasında cərrah işləyib. 1963 ildə Ə.Əliyev adına Həkimləri təkmilləşdirmə institutunun Urologiya kafedrasına kliniki ordinaturaya daxil olub və 1965 ildə oranı bitirib. 1965-70 illərdə həmin xəstəxananın uşaq urologiyası şöbəsinin cərrahı, 1970-76 illərdə M.Nağıyev adına Bakı ş. kliniki təcili tibbi yardım xəstəxanasının uşaq şöbəsində cərrah-ordinator kimi fəaliyyət göstərib. 1976 ildə müsabiqə yolu ilə Azərb. Dövlət Tibb institutunun uşaq cərrahlığı kafedrasına assistent seçilib və ömrünün sonuna – 2009 ilədək həmin vəzifədə çalışıb. O, 50-dən artıq elmi məqaləsi dərc olunub.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.43-44