(29.8.1957, Göyçay ş.) – tərcüməçi, redaktor.
Azərb. Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib (1981). Əmək fəaliyyətinə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda başlayıb, sonralar “Gənclik” nəşriyyatında Rus dilli ədəbiyyat redaksiyasında çalışıb (1982-91). Bu dövrdə 50-dən artıq kitabın redaktoru, 2 kitabın tərtibçisi və 1 kitabın tərcüməçisi olub. Daha sonra Azərb. Resp.-sı Prezidentinin Administrasiyasında Milli siyasət üzrə müşavirlikdə və Azərb. Resp. Ali Sovetində Redaksiya-nəşr. şöbəsində çalışıb. 1994 ildən neft sektorunda fəaliyyətini davam etdirib. 25 il müddətində bir neçə xarici şirkətdə şirkət rəhbərinin köməkçisi və layihə koordinatoru vəzifəsində çalışıb. Hazırda təqaüddədir.
Məlumat K.Paşabəyovun ailəsindən alınıb.