(30.4.1988, Göyçay ş.) – siyasi elmlər üzrə ekspert.
Azərb. Beynəlxalq Universitetinin Tarix və ictimaiyyət fakultəsini bitirib (2010). 2011–15 illərdə Göyçay r-n Çaxırlı k. tam orta məktəbində tarix fənnini tədris edib. 2015 ildə isə İstanbul Aydın Universitetində Sosial Elmlər İnstitutunda beynəlxalq münasibətlər və təhlükəzislik, terror araşdırmaları üzrə magistr təhsili alıb. Hazırda İstanbul Universiteti Sosial Elmlər İnstitutunda siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantdır. Əsas tədqiqat sahəsi: “Azərbaycan-İran əlaqələri (1991-2019), Ermənistan və Güney Azərbaycan məsələsi”. Bundan başqa T.Qasımlı Azərb. Dillər Üniversiteti Beynəlxalq münasibətlər fakultəsində müəllim kimi fəaliyyət göstərməklə gündəlik mətbuatda siyasişərhlərlə çıxış edir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.16-17