(1.2.1976, Göyçay r-nunun Ləkçıplaq k.) – gəmiçilik sahəsində mütəxəssis.
Bakı Dənizçilik məktəbini bitirəndən sonra Xəzər Dəniz Neft Donanması gəmilərində əmək fəaliyyətinə başlayıb. 2005 ildə Azərb. Balıq Sənayesi texnikumunda Dəniz naviqasiya fakültəsini bitirib. 2006-10 illərdə xarici özəl gəmiçilik şirkətlərinin gəmilərində kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlmiş və bu dövr ərzində Okean və dənizlərin coğrafiyasını yaxından mənimsəmişdir. Daha sonra yenidən Xəzər Dəniz Neft Donanması gəmilərində kapitanın baş köməkçisi vəzifəsində çalışmışdır. 2010-11 illərdə yeni nəsil texnologiyalarının mənimsənilməsilə əlaqədar rəhbərlik tərəfindən RF-nin Sankt-Peterburq ş.-də yerləşən Admiral Makarov adına Akademiyaya ezam olunmuş, təcrübəni başa vurandan sonra Gəmiçiliyin son model gəmilərində fəaliyyətini davam etdirmişdir. 2013 ilin martında Gəmiçiliyin BP şirkətində icarədə olan gəmilərində işləmək üçün xarici dil və qabiliyyət imtahanlarından müvəffəqiyyətlə keçərək şirkətin son model gəmilərində kapitan köməkçisi vəzifəsində çalışmağa başlayıb. 2017 ilin yanvarından kapitan vəzifəsinə təyin olunub. Bu günədək mühüm dövlət əhəmiyyətli Şahdəniz layihəsi və digər əməliyyatlarda uğurla iştirak edib.
Məlumat D.Quluoğludan alınıb.