(1990, Göyçay ş.) – politoloq, tərcüməçi.
Bir müddət ailəsi ilə birlikdə Ukraynanın Xarkov şəhərində yaşayıb. Sonra vətənə qayıdaraq orta təhsilini burada başa vurub. Daha sonra Azərb. Dillər Universitetinin (ADU) ispan dili üzrə tərcüməçilik fakültəsində təhsil alıb (2008-12). Tələbəlik illərində ADU-nun Amerika mərkəzində danışıq klubunun rəhbəri olub. Barselona Dövlət Universitetinin Siyasi təhsil ixtisası üzrə magistr pilləsində təhsil alıb (2013-14). Fəaliyyəti dövründə Türkiyədə və ABŞ-da yaşayıb. Hazırda politoloq, eyni zamanda ispan və ingilis dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərir. Bir sıra dövlət tədbirlərində, ispan dili üzrə tərcüməçilik edib. Bununla yanaşı, “Azərbaycan – Latın Amerikası Gənclərinin Dostluğu” İctimai Birliyinin sədri, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, Baş ofisi Madriddə yerləşən Azərbaycan – İberoamerika Düşüncə Mərkəzinin Azərbaycan üzrə həmsədri, Meksikanın ECMC NOTİCİAS MEXİCO kanalının Azərbaycan üzrə rəsmi nümayəndəsidir. 2020 il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Latın Amerikası ölkələrinin kütləvi informasiya vasitələrində dəfələrlə çıxış edib.
Mənbə: https://www.facebook.com/Goychaytarixi