(4.2.1960, Göyçay r-nunun Qızılağac k.) – rabitə üzrə tanınmış mütəxəssis, Beynəlxalq Telekommunikasiya Akademiyasının həqiqi üzvü (2012), Beynəlxalq Ekoenergetika Akademiyasının prof. (2012), texnika e.d.
RF Novosibirsk Elektrotexniki Rabitə İnstitutunu mühəndis-iqtisadçı ixtisası üzrə bitirib (1983). Əmək fəaliyyətinə Bakı Telefon Şəbəkəsində Baş iqtisadçı kimi başlayan Rəsulov daha sonra Bakı Telefon birliyində iqtisadiyyat üzrə rəis müavini (1986-90), Bakı Telefon-avtomat Qovşağının rəisi (1990-96), Xətai r-n Telefon Qovşağının rəisi (1996-97), Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi (1997-99), İnformatika Elektronika İnstitutunda direktor müavini (1999-2009), Rabitə Tikinti1 AS-nın Baş direktoru (2009-10), İKTEX MMC–nin Prezidenti (2010-11), “Azevrotel” MMC-nin direktoru (2011-16), Rabitə Tikinti1 ATSC–nın Baş direktoru (2016), Bakı Hərrac Mərkəzi MMC-nin direktoru vəzifələrini icra edib. Hazırda Xəzəryanı Hərrac Mərkəzi MMC-nin direktoru vəzifəsində çalışır.
Məlumatı D.Quluoğlu təqdim edib.