(16.6.1968, Göyçay r-nunun Qaraxıdır k.) – iş adamı, xeyriyyəçi.
“Planeta” şirkətinin təsisçisi və direktoru (1997). ADNA-nın İqtisadiyyat fakültəsini bitirib (1993). Azərb. Resp. İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır. 2001 ildən dünya üzrə mərkəzi Almaniyada yerləşən Bioloji Təbabətlə müalicə metodunu (Bioloji Tənzimləyici Təbabət) Azərbaycana gətirmiş və fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonra 2009 ilin fevralından Bioloji Təbabət Klinikasını təsis edib. Yaqubov həmçinin yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur. 2007 ildə cənab Prezident İ.Əliyevin ömür fəaliyyətindən bəhs edən “Hər bir azərbaycanlının prezdenti” adlı ilk kitabı nəşr edilib. 2012 ildə ikinci kitabı – tariximizdən bəhs edən “Qara xaç yürüşü”, 2014 ildə isə Xocalı faciəsindən bəhs edən “Torpaq qan ağlayır” kitabı işıq üzü görüb.