– professor. Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsində təhsil alıb. Aspiranturanı bitirdikdən sonra Moskvada, tanınmış akademik A.F.İoffenin yanında yarımkeçiricilər fizikası ilə məşğul olub. Sonralar Leninqrad şəhərində doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb. Azərbaycan Sənaye, Pedaqoji və Politexnik institutlarında fizika fənnini tədris edib.
Əd.: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.13