Yaqubov Bəxtiyar
(tam adı: Bəxtiyar Mikayıl oğlu Yaqubov; 26 iyul 1941, Göyçay, Azərbaycan SSR – 25 yanvar 2015) — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar Mikayıl oğlu Yaqubov 26 iyul 1941-ci ildə Göyçay rayonunda doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Neft-kimya institutuna daxil olub. 1963-cü ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində Azərbaycan Politexnik institutunda nəzəri mexanika fənnini tədris edib. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub.