Əsl adları Çakurlu,Çakirli olan türkdilli tayfadır. Əvvəllər Orta Asiyada yaşayan Cəyirlilər sonralar İran, Kiçik Asiya və Cənubi Qafqaz ərazisində məskunlaşmışdılar. Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan C. Ərdəbil, Muğan və s. yerlərdə yaşamışlar. 19-cu əsrin ortalarında Cavad qəzasında yaşayan və maldarlıqla məşğul olan tayfa 90ailədən ibarət idi. Azərbaycanda Cəyirli (Bərdə, Göyçay, Şəki, Şamaxı rayonları) və Çaxırlı (İmişli, Göyçay, Masallı, Cəbrayıl rayonları) kəndlərinin adı, ehtimal ki, qədim Türk tayfası olan Cəyirlilərlə bağlıdır.
Əd.: Azərbaycan Milli Ensiklopediyası: V cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2014, s. 334
Ətraflı oxu