"> Əlaqə - Göyçay Ensiklopediyası

Bizə Yazın

Haqqımızda

Virtual Göyçay ensiklopediyası (www.goychay-ensyclopedia.az AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanıb. Göyçay ensiklopediyası www.avciya.az saytının layihəsidir. Ensiklopediya Göyçayın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edir. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr verilib. Şamaxı ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən tərcümeyi-halları daxil edilib. Elmi redaksiya şurasının təsdiq etdiyi prinsiplər əsasında həmçinin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər haqqında da məqalələr verilib. Sayta daxil edilən məqalələr əsasında vahid cilddə “ Göyçay ensiklopediyası” çap ediləcək.

Bizə yazın