(20.9.1934, Göyçay, Hacıkənd kəndi) -Azərbaycan hidromelioratoru, k.t.e.d. (2003).
1957 ildə Azərb. Dövlət Politexnik İnstitutunu bitirmişdir. Göyçay k.t.-nı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda müəllim işləmiş (1958-65), Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Hidromeliorasiya İnstitutunda müxtəlif vəzifələrdə (1968-81) işləmiş, 1981 ildən laboratoriya müdiridir. Tədqiqatları səth (şırım, zolaq, sahənin suya basdırılması), yağışyağdırma, torpaqdaxili suvarma üsullarının texnika və texnologiyasına, k.t. bitkilərinin damcı-inyeksiya və aerozol üsulları ilə suvarılmasının tədqiqi və tətbiqi sahəsindədir.
Ətraflı oxu