Abdullayeva Gülayət Osman qızı
1939-cu ildə Göyçayda anadan olmuş, 1958 ildən Göyçay rayonundakı H.Aslanov adına Təsərrüfatda işləmişdir. Azərb. SSR Ali Sovetinin (8-ci çağırış) deputatı, Ali Sovetin Səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur.
Əd.: Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2002, s. 15