Kərimi Səadət Məmməd qızı
(17.11.1970, Göyçay ş.) – tərcüməçi, yazar, riyaziyyat e.d. (2005), İsveçin Umeo universitetinin elmi işçisi, dosenti.
Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993 ildən təhsilinin aspiranturada davam etmiş və 1999 ilin 7 may tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə edərək, fizika və riyaziyyat e.n. elmi dərəcəsini almışdır. 1993-97 illərdə həmin İnstitutda kiçik elmi işçi, 1997-2000 illərdə isə qədər böyük elmi işçi vəzifəsində işləmişdir. 1993-2000 ilə qədər “AMEA-nın Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.