Abdulla Faruq
(Əfəndiyev Abdulla Musa oğlu) (24.4.1907, Göyçay r-nunun Potu k. – 1944, Taqanroq ş. ətrafında) – şair, tərcüməçi, AYB-nin üzvü (1934).
8 yaşında əmisi müəllim Əbdulkərim Əfəndiyevin himayəsinə keçən kiçik Abdulla ondan tərbiyə alıb. 1917-21 illərdə ilk təhsilini burada aldıqdan sonra Bakı Müəllimlər Seminariyasını, daha sonra ADU-nun İctimai-tarix fakültəsini bitirir. Göyçay r-da pedaqoji fəaliyyətə başlayır, sonra Bakı məktəblərində, ADU-nun hazırlıq kurslarında müəllimlik edir, ictimaiyyət fənnindən dərs keçir. 1930 ildə аli təhsilini bitirən gənc şаir müəllimlik еtməyə bаşlаyır. Еlə bu dövrdə öz şеir və məqаlələri ilə dаhа fəаl çıхış еdən А.Fаruq yеni həyаt qurаn əməkçiləri аlqışlаyırdı. 1930 ildə Moskvaya Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına göndərilir, ailə vəziyyəti ilə əlaqədar olaraq bir ildən sonra Azərb. Dövlət Elmi-Tədqiqat İnstitutuna köçürülüb təhsilini burada davam etdirir (1931-32). Eyni zamanda, ali məktəblərin fəhlə fakültələrində, “Kommunist” qəzeti redaksiyasında, Nərimanov adına texnikumda müəllim kimi çalışıb və maarif şöbələrinin birində pedaqoji kabinetin müdiri olub (1933-34), “Qızıl Şərq” mətbəəsində (1934), Baş Mətbuat İdarəsində (1936) çalışıb.