Ömərli Kənan Elxan oğlu
(8.3.1999, Göyçay r-nunun Cəyirli k.-6.10.2020, Ağdam istiqamətində). 08.03.1999 il tarixdə Göyçay r-nu Cəyirli k.-də anadan olmuşdur. 29 sentyabr 2020 il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 6 oktyabr 2020 il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Ağdamın azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif edilmişdir.