Sabir Adil
Tanınmış yazıçı Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) 1950-ci il may ayının 10-da Göyçay rayonunun Bəydövül kəndində anadan olub.
">
Tanınmış yazıçı Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) 1950-ci il may ayının 10-da Göyçay rayonunun Bəydövül kəndində anadan olub.
Texnika elmləri doktorudur. 1945-ci il aprelin 27-də Göyçay rayonunun Çayarxı kəndində anadan olub. 1951-1959-cu illər-də Ləkçıplaq kənd orta məktəbində, 1959-1961-ci illərdə isə Göyçay şəhər 3 saylı orta məktəbdə təhsil alıb. 1961-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının avtomatika-telemexanika fakultəsinə qəbul olunub. 1967-ci ildə ali məktəbi bitirərək Sumqayıt elmi-tədqiqat Layihə institutunda texnik kimi əmək fəaliyyətinə başlayıb. Burada laboratoriya müdiri vəzifəsinədək yüksəlir. 1983-cü ildə Moskva Energetika institutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edir. Həmin il Geofizcihaz İstehsalat Birliyinin Baş mühəndisi təyin olunur. 1992-ci ildə ADNA-nın elmi şurasında “Kompleks yaxşılaşdırılmış xarakteristikalı rəqəmli ölçü sistemlərinin strukturları, işləmə alqoritmləri və qurulma üsulları” mövzusun-da doktorluq dissertasiyası müdafiə edir.
Əd.: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.20.
13.08.1995-ci il tarixdə Göyçay rayonu Çərəcə kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 6 dekabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ‘Vətən uğrunda” (15.12.2020) və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
– Texnika elmləri namizədidir. (27.10.1941, Göyçay r-nunun Qarabaqqal k.). 27oktyabr 1941 ildə Göyçay r-nunun Qarabaqqal kəndində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (ADU) bitirib. Analoq hesablama maşınlarında qeyri-yekcins mühitlərdə mayelərin süzülməsinin tədqiqatları və modelləşdirilməsi mövzusunda namizədlik dissertasiyası müdafiə edib. AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri namizədidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.23-24
1948-ci il fevralın 20-də Göyçay şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. «Katalitik krekinqin ağır qazoylundan alınan lüminessent konsentratın fotooksidləşmə çevrilmələri və stabilləşdirilməsi» mövzusunda namizədlik, «Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, kimya elmləri doktorudur.
(?, Göyçay – ?). Səədi Hacı Həsən oğlu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına (Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əli Qafur oğlu Səmədli 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi, Vətən müharibəsinin şəhidi.
07.01.1974-cü il Göyçay rayonu Birinci Ərəbcəbirli k. anadan olub. 1980-1991-ci illərdə Göyçay şəhəri 6 nömrəli orta məktəbdə təhsil alıb. O, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
Azərbaycanda sufi xanəgahları sosial-siyasi, ideoloji mərkəzləri olan ziyarətgah binaları üzərində izərində qalmış kitabələr orta əsrlər fəlsəfəsə tarixinin təsəvvüfün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.Kitabələrə əsasən Azərbaycanda sufi cəmiyyətləri, onların mərkəzləri, şeyxlərin adları, davamçıları aşkar edilir və həmin mərkəzlərin fəaliyyətinin xranoloji çərçivəsi müəyyənləşdirilmişdir. 15-17 əsr kitabələrində bir sıra alim, şeyx, pir, təriqət başçıları, mədəniyyət xadimləri, vəzifə sahiblərinin adı çəkilir ki, bu da kənd toponimlərinin meydana çıxması ilə sıx bağlı olduğundan maraq doğurur.Sufizm Azərbaycanın bir çox ərazilərində geniş yayılmışdır. Onlardan biri də Göyçay rayonunun ərazidir. Buna sübut olaraq Göyçay rayonunda da sufizmlə bağlı türbə və kənd adlarına rast gəlinir. Göyçayda Şıx Əmir, Şıx Nəsir, Pirkənd kimi eynidadlı toponimlər mövcuddur.
Əd.: Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2007
M.Ə.Süleymanov 1935-ci ildə Göyçay rayonunda anadan olmuşdur.