Dadaşov Səxavət İnqilab oğlu
(23.1.1974, Göyçay r-nunun Ləkçıplaq k. – 26.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Bakı ş. yerləşən 14 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1992 ilin mayında hərbi xidmətə yollanıb. Çox keçmədən cəbhə bölgələrinə gedir. Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edir. Qubadlının işğalından sonra Səxavət evə qayıdır. 1993 ilin oktyabrında o, yenidən Göyçay könüllülər batalyonuna qoşulur. Şükürbəyli Aşağı və Yuxarı Əbdürrəhmanlı, Kərimbəyli və digər kəndlər uğrunda gedən döyüşlərdə iştirak edir. 1994 ilin yanvarında Yuxarı Əbdürrəhmanlı kəndini almaq üçün 6 nəfər döyüşçü ilə birgə hücuma keçirlər. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması səbəbindən əsgərlərimiz böyük tələfatla hücumu dayandırırlar. Səxavət bu döyüşdə ağır yaralanaraq şəhid oldu və 5 ay sonra – 1994 ilin mayında doğma kəndlərində dəfn olundu.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.