Abdullayeva Nazlı Mürşüd qızı
(1.7.1902, Göyçay qəzasının Ərəbşahverdi k.-17.10.1978, Göyçay r-nunun Mallı Şıxlı k.) – pambıq ustası, Göyçay r-n “Yeni yol” və “Azərbaycan” k-z-larında kolxozçu, Sosialist Əməyi Qəhrəmanıdır (1950).
1948 ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası: I cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2009, s.39