Oruclu Məryəm Rəsul qızı
(12.8.1959, Naxçıvan MR Şərur r -nu) – tarixçi alim, tarix ü.f.d. (1999), dos. (2019), AMEA–nın Arxeologiya, etnoqrafiya və Antropologiya institutu nəzdində Antropologiya mərkəzinin aparıcı elmi işçisi.
Orta təhsilini Göyçay r-nunda alıb. BDU-n Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib (1981). Daha sonra AMEA–nın Arxeologiya və Etnoqrafiya institutunda baş laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. 1999 ildə “Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2001 ildə eyni adlı monoqrafiyası çap olunub. Müəllifi olduğu bu kitab Türkiyənin müxtəlif Unversitetlərində dərslik kimi istifadə olunur. ADR-in tarixi ilə bağlı Azərbaycanda və Türkiyədə çoxsaylı məqalələri çap olunub. Uzun müddət AMEA–nın Arxeologiya və Etnoqrafiya institutunun “Etno–sosioloji tədqiqatlar” şöbəsində çalışmaqla etnosiyasi münaqişələrlə bağlı araşdırmalar aparıb və post–sovet məkanında mövcud olan münaqişələrin mahiyyətilə bağlı çoxsaylı məqalələri çap olunub. Hazırda “Cənubi Qafqaz dövlətlərinin müasir inkişafının etno–siyasi aspektləri” mözusunda tədqiqat işi ilə məşğul olur.