Eminov Ələkbər Əli oğlu
(1908, Göyçay ş.) – AK(b)P Ağdam r-n Komitəsinin birinci katibi (1938-41), Ali Sovetin deputatı (1938).
Ə.Eminov Göyçay r-nunda bənna ailəsində anadan olub. O, 1922 ildə birinci dərəcəli məktəbi bitirib, 1924 ildə isə Göyçay r-nunda olan ikinci dərəcəli məktəbə daxil olsa da, təhsili yarımçıq qalıb. Ə. Eminov gənc yaşlarında komsomolun üzvü olub, əvvəlcə Azərb. Lenin Kommunist Gənclər İttifaqı Göyçay vilayət komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib.