Göyçay Uşaq Gənclər Şahmat məktəbi

Göyçay Şahmat məktəbinin binası 1983 ildə istifadəyə verilib. 2014 ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb və açılışı 2015 il oktyabrın 6-da olub. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.