Faydal qazıntılar
Göyçay rayonu ərazisində faydalı qazıntılar çox azdır. Buda ərazinin son geoloji erada sudan azad olması ilə əlaqələndirilir. Digər tərəfdəndə rayonun ərazisindəki faydalı qazıntılar hərtərəfli öyrənilməmişdir. Belə ki, hələ XX əsrin 60-ci illərində rayon ərazisində neft axtarışları Bığır ərazisində aparaılsa da, son vaxtlara kimi nəticəsi məlum deyil. Amma müəyyən fikirlər söylənilir ki, Qəbələ-Göyçay xətti üzrə neft yataqları mövcuddur.