Xalq şairi R.Rzanın ev muzeyi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhəri IV -148 ”13.05.2004-cü il” əmrinə əsasən Göyçay rayonunda R.Rzanın ev muzeyi yaradılmışdır. R.Rzanın ( bir vaxt yaşadığı) indiki ev muzeyi Arvan çayının sahilində Füzuli küçəsi 114 saylı ünvanda yerləşir.Digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi,öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir.