(1922, Göyçay qəz. Ləkçıplaq k. – 1986) – tanınmış müəllim, “Şərəf” nişanı ordeni laureatı (1960).
İlk orta təhsilini Ləkçıplaq k. alıb. Göyçay Pedaqoji Texnikumu bitirib. 1940 ildə Əfəndiyev Əhmədlə ailə həyatı qurub və 1941 ildən Göyçay r-nunun Qaraman k. 7 illik məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1986 ilə qədər müəllim işləyib. Müəllimlik fəaliyyəti dövründə gərgin əməyi ilə təhsil sahəsində göstərdiyi gərəkli xidmətlərinə görə Xalq Maarifi Nazirliyi tərəfindən müxtəlif təşəkkürnamələr, medal və ordenlərə layiq görülmüşdür.
Məlumat S.Əfəndiyevanın övladlarından alınıb.