(1963, Göyçay ş.) – kimya üzrə fəlsəfə doktoru (2016).
1981-1986 illərdə Azərb. Dövlət Neft və Sənaye Universitetinin “Kimya-texnologiya” fakultəsində təhsil alıb. Əmək fəaliyyətinə 1989 ildə Bakı Maşınqayırma zavodunun kimya laboratoriyasında aparıcı mühəndis kimi başlayıb. 2006 ildə Neft və Sənaye universitetinin Fiziki və analitik kimya kafedrasının “Ekoloji kataliz” Elmi Tədqiqat Laboratoriyasında aparıcı mühəndis kimi fəaliyyət göstərib. 2008 ildə həmin laboratoriyada kiçik elmi əməkdaş, 2017 ildə isə baş elmi əməkdaş təyin olunub. İ.Əhmədova 2016 ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun əsas tədqiqat sahəsi “Propen, izobuten və heksen-1-in pentasil tipli yüksək silisiumlu seolit katalizatoru üzərində çevrilməsində sıxlaşma məhsullarının rolu” olub. 2018 ildən “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında assistent vəzifəsində çalışır.
Mənbə: ttps://www.facebook.com/Goychaytarixi