(1.8.1954, Göyçay ş. – 29.4.1992, Şuşa ətrafında) – Birinci Qarabağ müharibəsi şəhidi.
Azərb. Xalq Təsərrüfatı İnstitutunu bitirib (1976). Ali təhsilini başa vurduqdan sonra r-na qayıdır. 1988 ildə milli azadlıq hərəkatına qoşulur. 1990 ilin 20 yanvar faciəsi zamanı Bakıda faciə qurbanlarını meydandan çıxararkən yaralanır. Buna baxmayaraq, yaralı halda digər yaralıların xəstəxanaya daşınmasını davam etdirir. Daha sonra Dağlıq Qarabağda müharibə alovlananda bir neçə nəfərlə Göyçay Könüllülər batalyonu formalaşdırıb cəbhəyə yollanır və Şuşanın müdafiəsinə qoşulur. Burada Milli Qəhrəman Ramiz Qəmbərovun komandiri olduğu Şuşa batalyonunda elə ilk günlərdən cəsarətlə döyüşür. O, növbəti güllə yarasını Daşaltı əməliyyatı zamanı almış, qısa müddətlik müalicədən sonra yenidən döyüşlərə qatılır. Elton 1992 ilin aprelində Şuşanın Kosalar k.-də Hacı Talası adlanan ərazidə düşmənlə üz-üzə iki saat çəkən qanlı döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etdikdən sonra özü də qəhrəmancasına şəhid olub. Mayın 1-də Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.