(1914, Göyçay ş.–1995, Bakı ş.) – Azərb.SSR və Azərb.Resp.-nın tanınmış dövlət və ictimai-siyasi xadimi, Azərb. SSR Baş prokuroru, II dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general-leytenantı) (1959), Azərb. SSR Ali Soveti Rəyasət heyətinin hüquq şöbəsinin müdiri, Azərb. SSR Ali Məhkəməsinin üzvü (1976-80), Azərb. SSR Ədliyyə Nazirliyində baş məsləhətçi (1985-87).
1931-37 illərdə Bakı Neft-Kimya İnstitutunu (1937) və Moskva Ümumittifaq Hüquq institutunu (1948) bitirib. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı ş. keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə ş. R- prokuroru, Naxçıvan MR-in prokuroru vəzifələrində çalışıb. 1951-63 illərdə Resp. Prokuroru vəzifəsində işləyib. Hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə Əkbərov “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51