(10.10.1956, Göyçay ş.) – polis general-mayoru (2010).
1975-77 illərdə ilk hərbi xidmətini Qazaxıstan Resp. Karaqanda ş.-də başa vurub Vətənə qayıdır. Bir ildən sonra yenidən Karaqandaya qayıdıb burada sıravi milis nəfəri işləyib. 1979 ildə Karaqanda Ali milis məktəbinə qəbul olub. 1982 ildə Karaqanda ş.-i Lenin r-n Daxili işlər şöbəsində cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olub. 1984 ilin iyulunda, Karaqanda Ali milis məktəbini bitirib ailə vəziyyətilə bağlı Azərb.-a qayıdır. 1985 ilin iyulunda Ağdaş r-n 8 saylı İslah Əmək Düşərgəsində əvvəlcə əməliyyat müvəkkili, sonra əməliyyat hissə rəisi vəzifələrində çalışır. 1988 ilin aprelindən Ucar Rayon Polis şöbəsinə ictimai təhlükəsizlik bölməsinin rəisi təyin olunur. Daha sonra Ucar r-n polis şöbəsinin, 1999-2004 illərdə isə Göyçay r-n polis şöbəsinin rəisi, 2004-07 illərdə Quba r-n İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007 ildə AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib və bu vəzifədə polis general-mayoru rütbəsinədək yüksəlib. 2016 ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.