23.09.2001-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuşdur. 04.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 8 noyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Xocavəndin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif edilmişdir.
Subay idi