(15.12.1939, Göyçay r.) – fizika-riyaziyyat elmləri namizədi, dosentdir (1997).
1939 il dekabrın 15-də Göyçay r-da anadan olub. 1957 ildə orta məktəbi, 1962 ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1962-72 illərdə Bakı səhəri Azərelektroişıq zavodunda mühəndis-texnoloq, 1972-80 illərdə Bakı ş. Elektron hesablayıcı maşınları zavodunda mühəndis-texnoloq, 1980-85 illərdə isə Milli Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda çalışıb. 1985 ildən Bakı Dövlət Universitetində işləyir. 1990 ildə “Aşqarların və elektron şualanmasının Tl İnS2-dəki faza keçidlərinə təsiri və onların yarımkeçirici xassələrlə qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adına layiq görülüb. 1997 ildən dosentdir. Bir sıra beynəlxalq konfransların iştirakçısı olub.
Ailəlidir, üç uşağı var.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.23