(10.2.2000, Göyçay r-nunun Potu k.-19.10.2020, Cəbrayıl istiqamətində) – Vətən müharibəsi şəhidi.
Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.04.2020 il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 19 oktyabr 2020 ıl tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərb.Resp. Ali Baş Komandanının sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəsur döyüşçü” (24.6.2021), “Kəlbəcərin azad olunmasına görə” (24.6.2021), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəbrayılın azad olunmasına görə” (24.12.2020) medalları ilə təltif edilmişdir.
Əd.: http://goychay-ih.gov.az/index.html