(07.04.1993, Göyçay ş.–27.9.2020, Tərtər r–nu ərazisində) – Vətən müharibəsi şəhidi, leytenant.
1996 ildə ailəsilə birgə Bakıya köçüb. Bakı şəhər 54 saylı orta bitirdikdən sonra Azərb. Texniki Universitetinə qəbul olub. 2015 ildə hərbi xidmətə yollanıb. Naxçıvandakı N saylı hərbi hissədə qulluq edib. 2016 ildə hərbi xidmətini başa vurub Bakıya qayıdıb. O, 2019 ildə Müdafiə Nazirliyinin nəzdində olan TTM-də rabitə sahəsi üzrə 3 aylıq təlim kursu keçərək rabitəçi ixtisasına yiyələnib. Sonra Bərdədəki N saylı hərbi hissədə həmin sahə üzrə xidmətə başlayıb. Daha sonra Tərtərdəki “Mübariz” postunda rabitə rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi başlayanda Tərtərin Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Elə bu istiqamətdə gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nəşini döyüş meydanından oktyabrın 3-də götürmək mümkün olub. Oktyabrın 4-də II Fəxri Xiyabanda dəfn edilib. Azərb.Resp. Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (29.12.2020) və “Laçının azad olunmasına görə” (29.12.2020) medallarıilə təltif olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi