(25.12.1937, Göyçay r-nunun Potu k.) – Azәrb. genetiki. Biologiya e.d. (1990), prof. (2012).
Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). Azәrb. SSR EA Genetika vә Seleksiya İnstitutunda kiçik elmi işçi (1963) olmuş, 1982 ildәn hәmin İnstitutda laboratoriya müdiridir. Elmi fәaliyyәti bitkilәrin stress amillәrinә davamlılığının vә heterozis hadisәsinin molekulyar-genetik әsaslarının öyrәnilmәsinә hәsr edilmişdir. Bitkilәrin belә davamlılığının sәbәbi genetik sistemlәrin yenidәn qurulması nәticәsindә bәzi genlәrin ekspressiyasının sürәtlәnmәsi hesabına baş vermәsi müәyyәnlәşdirilmişdir. Heterozis bitki hibridlәrinin somatik hüceyrәlәrindә DNT-nin miqdarının artması faktını ilk dәfә Ə. aşkar etmişdir. Ə. 1993–2003 illәrdә Türkiyә un-tlәrindә pedaqoji fәaliyyәtlә mәşğul olmuşdur. 204 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiya vә 2 ixtiranın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Гeтерозис и нуклеиновые кислоты (M.A.Əlizadә ilә birlikdә). Б., 1982; Stress vә bitkilәrin adaptasiyası (M.Ə.Abbasov, V.R.Rәhimli ilә birlikdә). B., 2014; Молекулярно-генетические аспекты гетерозиса (A.Mәmmәdova ilә birlikdә), LAP LAMBERT, Academic Publishinq, Германия, 2015.
Əd.: Azərbaycan Milli Ensiklopediyası: VIII cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2019