(10.1.1936, Göyçay ş.) – tanınmış alim, Nyu-York Elmlər Akademiyasının üzvü (1997), Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1975), prof. (1986).
Göyçay ş. 3 saylı orta məktəbində təhsil alıb, N.Tusi adına ADPU-nun fizika-riyaziyyat fakültəsini bitirib (1959). 1959 ildə Azərb. EA-sı Fizika institutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1960 ildə mühəndis-tədqiqatçı kimi ixtisasını artırmaq üçün bir il müddətinə Moskva “Fizika problemləri” institutuna ezam olunub.
1962-65 illərdə Leninqradda (indiki Sankt-Peterburq) SSRİ Yarımkeçiricilər İnstitutunun aspirantı kimi təhsil alıb və namizədlik dissertasiyası müdafiə edərək AEA Fizika institutunda fəaliyyətini davam etmişdir. 1975 ildə doktorluq dissertasiyası müdafiə edir. 1979 ildə laboratoriya müdiri, 1983-2000 illərdə Fizika institutunun Kriogen bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 1986 ildə prof. elmi adına layiq görülüb. 20 namizədlik, 2 doktorluq dissertasiyasının rəhbəri olub. 200-dən artıq elmi əsərin, 15 müəlliflik şəhadətnaməsinin sahibidir.
Əd.: 1. Azərbaycan Milli Ensiklopediyası: VIII cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2019;
2. http:/ ensiklopediya.gov.az /az/terms/18811/20
3. https://www.facebook.com/Goychaytarixi