(5.6.1964, Göyçay r-nunun Qarabağlar k.–13.1.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirərək 106 saylı Texniki peşə məktəbinə daxil olub. 3 il sonra 1982 ildə əsgəri xidmətə çağırılıb.1984 ildə Penza ş. Dəmiryolu texnikumuna daxil olub. Təhsilini tamamladıqdan sonra burada işə düzəlib. Qarabağ savaşı başlayanda şair Azərb.-na qayıtdı. 1993 ilin oktyabrında könüllü olaraq cəbhəyə getdi. Burada göstərdiyi hünər və şücaətə görə ona leytenant rütbəsi verildi. Əliyev 3 dəfə ağır döyüşlərdə iştirak etdi. Onun rəhbərlik etdiyi döyüşçülər Horadizdə, Aşağı Seyidəhmədlidə düşmənə sarsıdıcı zərbələr endirdilər. Şair 1994 ildə döyüşlərdə ağır bədən yarası aldı. Onu həyata qaytarmaq mümkün olmadı. O, Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi