(8.3.1988, Göyçay ş.) – sosioloq alim, sosiologiya üzrə f.d. (2017).
Azərb. Dillər Universitetini Koreya dili – ingilis dili tərcümə ixtisası üzrə bitirib (2009). 2010-13 illərdə Koreya Resp.-nın təqaüd proqramı ilə Koreyanın Koreyaşünaslıq Akademiyasında sosiologiya ixtisası üzrə magistratura təhsili alıb. Daha sonra həmin akademiyada sosiologiya ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub və burada müdafiəni başa vuraraq sosiologiya üzrə f.d. dərəcəsini alıb. O bu müddət ərzində müxtəlif qurumlarda tərcüməçi, koreya dili tədrisçisi və elmi araşdırmaçı olaraq fəaliyyət göstərib. Belə ki, o, 2008-10 illərdə SEBA-da (Seul–Bakı Koreya–Azərb. mədəniyyət mübadiləsi assosiasiyası) tərcüməçi və koreya dili müəllimi olaraq çalışıb. B.Əliyeva Koreyada olduğu müddətdə Koreyaşünaslıq Akademiyasında həyata keçirilən bir çox proyektlərdə assistent elmi araşdırmaçı olaraq fəaliyyət göstərmiş, bundan əlavə, Koreyanın Mirae 2080 sosial-korporasiya şirkətində araşdırmaçı olaraq işləmişdir. 2017 ilin sentyabr ayından Azərb. Dillər Universiteti nəzdindəki Koreya Mədəniyyət mərkəzində baş mütəxəssis olaraq çalışıb və koreyaşünaslıq üzrə elmi fəalliyyətini davam etdirir.
Mənbə: A.Kəngərli. “Bir məktəbin tarixi”. Bakı, 2018.