Albaniyanın (Qafqaz) siyasi vә iqtisadi hәyatında mühüm rol oynamış keçid. “Əlvandәrә yolu” vә ya “Əlvandәrә” adı ilә tanınan Əlvan keçidi qәdim Qәbәlәnin c.-ş.-indә, Türyançay dәrәsi ilә Göyçay dәrәsi arasında yerlәşir. Uz. tәqr. 15 km, eni isә 1 km-dәn azdır. Əlvan keçidi Göyçay ş.-nin şm.-ından başlayıb Qaş düzündә qurtarır. Əlvan keçidindә orta әsrlәrdә müdafiә mәqsәdilә qala vә gözәtçi mәntәqәsi tikilmişdi.
Mənbə: http://ensiklopediya.gov.az/az/terms/18971/cild/20