(2.3.1974, Göyçay r-nunun Bəydövül k. – 3.3.1993, Laçın r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra 58 saylı Texniki Peşə Məktəbində təhsilini davam etdirir. 1992 ilin mayında könüllülər dəstəsi tərkibində torpaqlarımızın düşməndən müdafiəsinə yollanır. O, əvvəlcə Qubadlı ərazisində, sonra isə Laçın r-nunun Güləbird k. ətrafında gedən döyüşlərdə fəal iştirak edir. Bu döyüşlərin birində ağır yaralanan Əlvan Bakıya, hərbi hospitala göndərilir. Lakin həkimlərin səyinə baxmayaraq, 1993 ilin martında dünyasını dəyişir. Oxuduğu orta məktəb hazırda onun adını daşıyır.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.