(1973, Ağdaş r-nunun Şəmsabad k.–27.8.1993, Laçın r – nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Göyçay r-n Çərəkə k. orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra Göyçay ş. 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1991 ildə hərbi xidmətə çağırılıb. O, Füzuli, Tərtər, Cəbrayıl bölgələri ətrafında gedən döyüşlərdə yaxından iştirak edir. 1993 ilin avqustunda Laçın r-nun Güləbird k. ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Çərəkə k. qəbiristanlığında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.