(1895, Göyçay qəz., Ərəbşahverdi k. – 1934, Göyçay r-nu) – pedaqoq.
Göyçayın Potu k.-də yaşayıb. Əvvəl Göyçay 2 sinifli məktəbini (1906-11), sonra Qori Seminariyasını bitirib (1914). O, Göyçay 2 sinifli məktəbində (1916) və Sabunçu 1-ci kişi məktəbində (1917) müəllim kimi fəaliyyət göstərib, sonra Tiflis Müəllimlər İnstitutu Təbiiyyat-coğrafiya fakültəsinə daxil olub (1917), ancaq ölkədəki siyasi çaxnaşmalar nəticəsində institutu tərk edir, yenidən Sabunçuya qayıdaraq müəllimlik edir. 1918-19 tədris ilində ailə işləri ilə bağlı oradan çıxıb, ancaq Göyçaya deyil, Ucara göndərilib. Göyçay rüşdiyyə (ali ibtidai) məktəbinin müəllimi (1919 ildən), sonra isə (1922 ildən) ömrünün sonuna kimi Göyçay XTŞ müdiri vəzifələrində çalışıb.
Məlumat V.Abdullayevdən alınıb.