(1.2.1976, Ağdaş ş.) – ictimai xadim, Azərb. Resp. MM-in deputatı.
1999 ildə Azərb. Resp. Prezidenti yanında DİA-nın Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin bakalavr, 2001 ildə isə həmin akademiyanın Təhsilin təşkili və idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Davamlı inkişafın idarə edilməsi üzrə fəlsəfə doktorudur. Onlarca elmi və publisistik məqalənin müəllifidir.
1995-96 illərdə “Gənc Alyansçılar“ təşkilatının sədri, 1996-98 illərdə Azərb. Resp. Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi nəzarət-təftiş komissiyasının sədri olmuşdur. 1998-99 illərdə hərbi xidmət keçmişdir. 1999–2000 illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komitəsinin tamhüquqlu üzvü, 2000-01 illərdə BMT-nin İnkişaf Proqramının “Gənc könüllülərin idarəetmə qrupu“nun milli koordinatoru, 2001-12 illərdə Aİ-nin, BMT-nin İnkişaf Proqramının və Azərb. hökumətinin “Cənubi Qafqazda narkotiklərə nəzarət“ regional yardım proqramının, daha sonra “Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək“ layihəsinin ölkə üzrə rəhbəri, 2012-19 illərdə BMT-nin İnkişaf Proqramının Strateji əməkdaşlıq məsələləri üzrə müşaviri (hökumətlə əlaqələr sahəsində), 2019-20 illərdə Azərb. Resp. NK Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi müdirinin müavini vəzifələrində çalışıb.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, ABŞ, Belçika, Gürcüstan, Kanada, Misir, Ukrayna, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda və Avronest PA-da Azərb. nümayəndə heyətlərinin üzvüdür.
Azərb. Resp. Prezidentinin 21 oktyabr 2015 il tarixli Sərəncamına əsasən BMT-nin yaradılmasının 70 illik yubileyi münasibəti ilə BMT-nin Azərb.-da müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Məlumat Azərb. Resp. MM-in saytından götürülüb.