Əfəndizadə Muxtar İsmayıl oğlu (1.1.1880, Ağdaş r-nunun Şәmsabad k. – 17.10.1975, Bakı ş.) – maarif xadimi, müәllim, şәrqşünas-tәrcümәçi.
Azәrb.-da milli azadlıq hәrәkatının fәal iştirakçısı. AXC Parlamentinin üzvü (1919). İlk tәhsilini atasından alıb, 9 il mәdrәsәdә, daha 9 il Ağdaş, Şәki, Quba, Bakı, Şamaxı alimlәrinin yanında tәhsilini davam etdirib. O, uşaqlar üçün yeni tәlim vә tәdris üsulu әsasında “Oxu” dәrsliyini hazırlayıb, “Kimsәsiz uşaqlar evi”, “Yaşlılar üçün kurs” (1906), “Darülirfan” mәktәbi (1906), qiraәtxana (1906), teatr (1908), “Sәadәt” adlı qız mәktәbi (1909) açıb.
Qubada tәşkil etdiyi üsuli-cәdid mәktәbindә dәrs deyib, bu tip mәktәblәr üçün “Şәraye-ül-islam” kitabını (1911) yazıbdır. 1918 ildә Göyçay vә Ağdaşa ermәni-daşnak hücumları zamanı 200 nәfәrlik dәstә tәşkil edәrәk, döyüşlәrdә iştirak edib. Azәrb. Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”una әsasәn Ərәş qәzasından AXC parlamentinin tәrkibinә daxil edilib, “Əhrar” fraksiyasının üzvü olubdur. AXC-nin süqutundan sonra hәbsә alınaraq Qazaxıstana sürgün edilib. 1929 ildә Tiflisdә Yol Mühәndislәri İnstitutunda müәllim işlәyib. 1934 ildә Rusiyanın Kirov vil.-nә sürgünә göndәrilib. Sürgündәn qayıtdıqdan (1939) sonra A.Bakıxanov ad. Tarix İnstitutunda tәrcümәçi vә ADU-da әrәb vә fars dili müәllimi işlәyib (1944-50). Dәrsliklәr yazıb, fars vә әrәb dillәrindәn bir sıra qiymәtli mәnbәlәri (Mirxondun “Pövzәt әs-sәfa”, İsgәndәr Münşinin “Tarixi-alәm arayi Abbasi”, İbn әl-Əsirin “әl-Kamil fi-t-tarix”, Sәdinin “Gülüstan” vә s.) Azәrb. dilinә tәrcümә edibdir. M.Əfəndinin “Miftah ül-lisan ülәrәb” (“Ərәb dilinin açarı”; 1947) kitabı SSRİ-dә ali mәktәb tәlәbәlәri üçün ilk әrәb dili dәrsliklәrindәndir. Şәmsabadda dәfn olunub.
Ağdaş ş.-dә küçә vә Şәmsabad kәnd orta mәktәbi Ə.-nin adını daşıyır.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası. VIII cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2019;
Ağayev A. Muxtar Əfәndi. Bakı, 1994.